Polşada hərbi hissə ərazisində dron aşkarlandı
Polşada naməlum pilotsuz uçuş aparatı (PUA) hərbi hissənin ərazisinə düşüb.
Operativ Media -nın məlumatına görə, bu barədə Polşanın Hərbi Jandarmeriyası “X” sosial şəbəkəsində açıqlama yayıb.
Məlumatda bildirilib ki, fevralın 6-da Lodz şəhəri yaxınlığında, Lejnitsa-Vyelkaya ərazisində yerləşən 1-ci hava kavaleriya batalyonunun ərazisinə düşən PUA heç bir maddi zərərə səbəb olmayıb. Hadisə ilə bağlı Hərbi Jandarmeriyanın yerli bölməsi tərəfindən araşdırma aparılır.
Hazırda hadisə yerində müvafiq prosessual tədbirlər həyata keçirilir.
Qeyd edilib ki, Polşanın Aviasiya Qanunvericiliyinə əsasən, hava məkanında, xüsusilə hərbi obyektlər və ərazilər üzərində icazəsiz uçuşların həyata keçirilməsi cinayət məsuliyyəti yaradır və bu əmələ görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.