Menyu

Ərdoğan: Türkiyə zəlzələ zonasını üç ilə bərpa etdi

Operativ Media
Ərdoğan: Türkiyə zəlzələ zonasını üç ilə bərpa etdi

2023-cü ilin fevralında baş verən zəlzələlərdən sonra ötən üç il ərzində Türkiyə fəlakət zonasına daxil olan 11 vilayətin şəhər və kəndlərini bərpa edib, yenidən qurub.

Operativ Media-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da Osmaniyyə vilayətində, episentri Kahramanmaraşda olan dağıdıcı zəlzələlərin üçüncü ildönümünə həsr edilmiş anım tədbirində çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, respublika tarixinin ən ağır təbii fəlakəti əhalisi 14 milyona yaxın olan 11 vilayəti əhatə edib. Zəlzələlər nəticəsində 107 min 213 nəfər xəsarət alıb, 3 milyon 500 min insan isə təhlükəsiz ərazilərə təxliyə olunub. Birbaşa maddi zərərin həcmi 104 milyard dollar təşkil edib ki, bu göstərici 2023-cü ildə ölkənin ümumi daxili məhsulunun təxminən 9 faizinə bərabərdir.

Rəcəb Tayyib Ərdoğan faciə zamanı həlak olan 53 min 537 vətəndaşın xatirəsinin xalqın yaddaşında daim yaşayacağını vurğulayıb.

Dövlət başçısı bildirib ki, son üç ildə zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün təxminən 90 milyard dollar vəsait sərf olunub, cari ilin dövlət büdcəsində isə fəlakət zonasının bərpası məqsədilə əlavə maliyyə resursları nəzərdə tutulub.

Onun sözlərinə görə, bu günədək zəlzələ bölgələrində 433 min 667 yaşayış evi, eləcə də 21 min 690 ticarət obyekti inşa edilib. Prezident əlavə edib ki, hakimiyyət verdiyi vədləri yerinə yetirib və Türkiyə bu proseslə dünyaya öz gücünü bir daha nümayiş etdirib.

Əlaqəli Xəbərlər