Menyu

ABŞ konsulluğuna hücumla bağlı əsas şübhəli tutuldu

Operativ Media
ABŞ konsulluğuna hücumla bağlı əsas şübhəli tutuldu

ABŞ-nin Liviyanın Benqazi şəhərində yerləşən konsulluğuna hücumda şübhəli bilinən şəxs saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Onun sözlərinə görə, Federal Təhqiqat Bürosu (FTB) Benqazidəki hücumun əsas fiqurlarından biri hesab edilən Zubəyr Əl-Bakuşu həbs edib. Şübhəli şəxs ABŞ-yə ekstradisiya olunub və ona qarşı qətl, qəsdən yandırma və terrorçuluq maddələri üzrə ittihamlar irəli sürüləcək.

Xatırladaq ki, 2012-ci il sentyabrın 11-də Benqazidə ABŞ konsulluğuna edilən hücum nəticəsində dörd amerikalı həlak olub. Araşdırmalar hadisənin ekstremist qruplar tərəfindən törədildiyini, hücumda iştirak edən şəxslərdən bəzilərinin “Əl-Qaidə” ilə əlaqəli olduğunu ortaya qoyub. Daha əvvəl bu iş üzrə iki nəfər saxlanılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər