Menyu

Yunanıstanda hərbi polkovnik casusluqda şübhəli bilindi

Operativ Media
Yunanıstanda hərbi polkovnik casusluqda şübhəli bilindi

Yunanıstanda Hərbi Hava Qüvvələrinin bir əməkdaşı xarici dövlətə kəşfiyyat məlumatları ötürməkdə şübhəli bilinərək həbs edilib. Məlumata görə, söhbət ABŞ-ın əsas rəqiblərindən biri olan Çinlə əlaqələrdən gedir.

Operativ Media xəbər verir ki, bu barədə Yunanıstanın nüfuzlu “Kathimerini” nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, saxlanılan şəxs mühüm vəzifə tutub. Bəzi xarici KİV-lərin iddiasına görə, o, Yunanıstan Hərbi Hava Qüvvələrində polkovnik rütbəsində xidmət edib və casus şəbəkəsi yaratmaq məqsədilə digər hərbçiləri də ələ almağa çalışıb.

Şübhəli şəxs bir neçə ay boyunca Yunanıstan Milli Kəşfiyyat Xidmətinin nəzarəti altında olub. Onun fəaliyyətində ciddi aktivləşmə müşahidə ediləndən sonra təhlükəsizlik orqanları müdaxilə edib.

İstintaqın versiyasına görə, bu aktivlik ötürülən məlumatların həcminin artması və həmkar hərbçilərdən məxfi sənədlərə çıxış tələb etməsi ilə bağlı olub. Rəsmi şəxslər bildirirlər ki, sızdırılan informasiyanın ölkənin milli təhlükəsizliyi üçün risk yarada biləcəyi ehtimal olunur.

Sızdırıldığı iddia edilən materialların dəqiq məzmunu və məlumatların kimlərə çatdırıldığı hələ açıqlanmır.

Əlaqəli Xəbərlər