Feridun Sinirlioğlu: Təhlükəsizlik problemlərinin həlli ATƏT-in prioritetidir
Avropa ölkələri regionda gözlənilən müharibədən ehtiyat edir və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) bu risklərin qarşısını almağa çalışır.
Operativ Media xəbər verir ki, bu barədə ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında açıqlama verib.
“Heç kim inkar edə bilməz ki, Avropa təhlükəsizlik məsələsi ilə üzləşib”, – o deyib.
Baş katibin sözlərinə görə, Avropa xalqları yalnız mövcud müharibədən deyil, həm də gözlənilən qarşıdurmalardan ehtiyat edir.
“Söhbət həm davam edən, həm də potensial münaqişələrdən gedir. Bu səbəbdən təhlükəsizlik təşkilatı bu problemlərin həlli üçün mümkün olan bütün addımları atmalıdır. Biz məhz bunu etməyə çalışırıq”, – Sinirlioğlu vurğulayıb və əlavə edib ki, diplomatiyada nəticələr ani görünmür, buna görə səbirli olmaq vacibdir.