Fransada qumbara partlayışı nəticəsində altı nəfər xəsarət alıb
Operativ Media
Fransanın cənub-şərqində yerləşən Qrenobl şəhərindəki bir gözəllik salonunda qumbara partlayışı baş verib, nəticədə altı nəfər xəsarət alıb.
Operativ Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Qrenoblun mərkəzindəki gözəllik salonunda qumbara partlayışı nəticəsində altı nəfər yaralanıb”, – məlumatda bildirilib.
Qumbaranın salonun içinə bir kişi tərəfindən atıldığı, həmin şəxsin isə hadisədən sonra qaçdığı bildirilir.
Partlayış salonun vitrininə ciddi ziyan vurub, yaralılardan biri isə 5 yaşlı uşaq olub.
Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net