Slovakiya Aİ-nin Rusiya qazı ilə bağlı qərarına məhkəmədə etiraz edəcək
Şəfa Hüseynli
Slovakiya və Macarıstan Avropa Birliyinin Rusiya qazının idxalına qadağa qoymaq qərarına məhkəmədə etiraz edəcəklər.
Operativ Media xəbər verir ki, bu barədə Slovakiya Parlamentinin vitse-spikeri Tibor Qaspar bildirib.
"Avropa Birliyi 2027-ci ilə qədər Rusiya təbii qazının idxalına qadağa qoymağı qanuni olaraq təsdiqləyib. Slovakiya və Macarıstan bu qərara qəti şəkildə qarşı çıxıb və Aİ Şurası səviyyəsində ona qarşı səs veriblər.
Hər iki ölkə Avropa Birliyi Ədalət Məhkəməsində iddia qaldırmağı planlaşdırır, çünki onların hökumətlərinin fikrincə, bu qərar Aİ-nin fundamental prinsiplərini, xüsusən də subsidiarlıq və mütənasiblik prinsiplərini pozur və enerji milli məsuliyyət olaraq qalır". - o qeyd edib.