Menyu

Finlandiya körfəzində iki gəmi toqquşub

Şəfa Hüseynli
Finlandiya körfəzində iki gəmi toqquşub

Finlandiya körfəzində eyni istiqamətdə hərəkət edən iki gəmi toqquşub.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Eyni istiqamətdə hərəkət edərkən, "Glyfada" və "Aeolian Fortune" gəmiləri arasında tangensial toqquşma baş verib", - deyə açıqlamada bildirilir.

Toqquşma nəticəsində heç kimin xəsarət almadığı qeyd edilib.

Hər iki gəminin heyəti dəymiş ziyanı qiymətləndirir. İşlər başa çatdıqdan sonra gəmilər səyahətlərinə davam etməyi planlaşdırır. Vəziyyət təcili yardım xidmətləri tərəfindən izlənilir.


Əlaqəli Xəbərlər