Banqladeşdə Nipah virusundan ölüm halları qeydə alınıb
Şəfa Hüseynli
Banqladeşdə Nipah virusuna yoluxmuş xəstə vəfat edib.
Operativ Media xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyin beynəlxalq səviyyədə yayılma riskini hələ də aşağı qiymətləndirir .
ÜST-ün məlumatına görə, ölən xəstə Naogaon rayonundan olan 40-50 yaşlarında bir qadın idi. O, 21 yanvardan bəri qızdırma və sinir sistemi simptomları yaşayırdı.
Qadın 28 yanvarda xəstəxanaya yerləşdirilib. Boğazından tamponlar və qan nümunələri götürülüb. Növbəti gün laboratoriya müayinələri onun virusa yoluxduğunu təsdiqləyib.