Rusiya bəzi miqrantlara "istedad vizaları" verməyə başlayacaq
Rusiya səfirlikləri və konsulluqları 2026-cı ilin aprel ayından etibarən Rusiya Federasiyası üçün faydalı olan ixtisaslı əcnəbilərə bir illik iş vizaları verməyə başlayacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Daryo" məlumat yayıb.
Bildirilib ki, elmi-texnoloji tərəqqi, istehsal, idman, yaradıcı sənaye, mədəni və humanitar sahələrdə uğur qazanmış və Rusiyanın müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsinə töhfə vermiş əcnəbilər müraciət edə bilərlər.
Həmçinin, xüsusilə tələb olunan peşə, ixtisas və ya bacarıqlara malik olanlar viza üçün müraciət edə bilərlər. Lakin peşələrin siyahısı dəqiqləşdirilməyib.
Belə əcnəbilərə və onların ailə üzvlərinə bir ilədək müddətə çoxdəfəlik işgüzar vizalar veriləcək. Onların verilməsi üzrə işlər aprelin 15-dək Rusiya diplomatik nümayəndəliklərində və konsulluqlarında təşkil olunacaq.