Menyu

Tramp Rusiyadan neft alışını dayandırmaq müqabilində Hindistana qarşı tarifləri ləğv edib

Şəfa Hüseynli
Tramp Rusiyadan neft alışını dayandırmaq müqabilində Hindistana qarşı tarifləri ləğv edib

ABŞ Prezidenti Donald Tramp Hindistan ixracına tətbiq edilən 25 faizlik rüsumu ləğv edib.

Operativ Media xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.

Bu rüsum Yeni Dehlinin Rusiyadan neft alması səbəbindən tətbiq olunub. ABŞ Prezidentinin fərmanının mətninə görə, Hindistan bu cür alışları dayandırmağa borcludur.

Sənədin mətninə görə, "Hindistan Rusiya Federasiyasından birbaşa və ya dolayı yolla neft idxalını dayandırmaq öhdəliyini götürüb". Bu səbəbdən Vaşinqton 7 fevraldan etibarən Hindistandan ABŞ-yə ixrac edilən bəzi mallara gömrük rüsumlarının yığılmasını dayandıracaq.

Əlaqəli Xəbərlər