Menyu

Ukrayna Putin və Zelenski arasında görüş təşkil etməyi təklif edir

Operativ Media
Ukrayna Putin və Zelenski arasında görüş təşkil etməyi təklif edir

Ukrayna və Rusiya liderləri sülh danışıqlarında qalan ən çətin məsələləri müzakirə etmək üçün şəxsən görüşməlidirlər.

Operativ Media xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Reuters agentliyinə açıqlamasında deyib.

O, qeyd edib ki, “Müharibəni yalnız Tramp dayandıra bilər”.

Onun sözlərinə görə, son üçtərəfli danışıqların əsasını təşkil edən 20 maddəlik sülh planında yalnız “bir neçə” məsələ həllini tapmayıb.

“Bunlardan ən həssas və mürəkkəb məsələlər rəhbərlik səviyyəsində müzakirə olunmalıdır. Mənim qiymətləndirməmə görə, irəliləyiş var. Bu sülh səylərini gücləndirmək və səfərbər etmək lazımdır və biz prosesi sürətləndirməyə hazırıq. Şəxsən mən bu mərhələdə amerikalılar olmadan heç bir təhlükəsizlik arxitekturasının mümkünlüyünə inanmıram. Onlar bizimlə olmalıdırlar və artıq bu istiqamətdə çalışırlar. Bu, böyük nailiyyətdir”, – deyə nazir vurğulayıb.

O, həmçinin bildirib ki, sülh yolu ilə nizamlanma zamanı hər hansı bir ölkənin Krım və ya Donbas üzərində Rusiyanın suverenliyini tanımaq qərarı “hüquqi baxımdan etibarsız” olacaq.

Əlaqəli Xəbərlər