Menyu

Peter Siyarto: Rusiya və ABŞ arasında razılaşmanın əldə edilməsi avropalıların maraqlarına uyğun deyil

Operativ Media
Peter Siyarto: Rusiya və ABŞ arasında razılaşmanın əldə edilməsi avropalıların maraqlarına uyğun deyil

Rusiya və ABŞ arasında Ukraynada sülhü də əhatə edən hərtərəfli razılaşmanın əldə olunması avropalıların maraqlarına uyğun deyil.

Operativ Media xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto bu fikirləri Gürcüstanın “Rustavi 2” televiziya kanalına müsahibəsində səsləndirib.

Siyarto bildirib ki, Brüssel, Avropa İttifaqı və Qərbi Avropa ölkələri açıq şəkildə sülh səylərini pozur və amerikalılarla rusların Ukraynada sülhü də əhatə edən hərtərəfli razılığa gəlməsi onların maraqlarına uyğun deyil.

Macarıstanın xarici işlər naziri, həmçinin qeyd edib ki, əgər avropalılar ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərinə qarşı çıxmasaydılar, Ukraynadakı münaqişə artıq başa çata bilərdi.

Əlaqəli Xəbərlər