Menyu

Qırğızıstan Parlamentinin sədri Türkiyəyə rəsmi səfər edəcək

Şəfa Hüseynli
Qırğızıstan Parlamentinin sədri Türkiyəyə rəsmi səfər edəcək

Qırğızıstan Respublikası Parlamentinin (Joqorku Keneş) sədri Nurlanbek Turgunbek uulu Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun dəvəti ilə 9-11 fevral tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.

Nurlanbek Turgunbek uulu yenidən Joqorku Keneşin sədri bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Onun Numan Kurtulmuşla parlamentlərarası əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə etməsi və ikitərəfli münasibətlərin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparması gözlənilir.

Əlaqəli Xəbərlər