ABŞ patrul təyyarəsi İran yaxınlığında kəşfiyyat aparıb
Şəfa Hüseynli
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus patrul təyyarəsi İran yaxınlığındakı Fars körfəzində kəşfiyyat uçuşu həyata keçirib.
Operativ Media xəbər verir ki, "Flightradar24"ün məlumatına görə, ABŞ-yə məxsus P-8A Poseidon sualtı qayıq əleyhinə patrul təyyarəsi İran yaxınlığında yerləşən Fars körfəzi üzərində uçub.
Məlumata əsasən, təyyarə Bəhreyndəki aviabazadan havaya qalxıb və bir neçə saat ərzində Bəhreynin şimalı, mərkəzi Fars körfəzi ərazisindəki beynəlxalq sular üzərindən uçaraq Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edib.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ötən həftə Fars körfəzində sahil döyüş gəmisi USS Santa Barbara və A-10 Thunderbolt II hücum təyyarəsinin iştirakı ilə təlimlər keçirildiyini açıqlamışdı.