Türkiyə–Ermənistan sərhədində keçid məntəqəsinin açılması üzrə işlər sürətlənib
Şəfa Hüseynli
Türkiyənin Ermənistanla sərhədində yerləşən nəzarət-buraxılış məntəqəsinin (NBM) açılması istiqamətində aparılan işlər intensivləşdirilib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin “Yeşil Iğdır” qəzeti məlumat yayıb.
Məlumata görə, Iğdır valisi Fırat Taşolar “Alican” sərhəd keçid məntəqəsində (Ermənistan tərəfində “Marqara” NBM) həyata keçirilən yenidənqurma və modernləşdirmə işləri ilə yerində tanış olub. Vali bərpa prosesinin qısa müddətdə başa çatdırılmasının planlaşdırıldığını bildirib.
Qeyd olunub ki, hazırda məntəqədə infrastrukturun yenilənməsi və texniki hazırlıq işləri sürətlə davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net