Menyu

Portuqaliyada Sosialist Partiyasının üzvü Sequro prezident seçilib

Şəfa Hüseynli
Portuqaliyada Sosialist Partiyasının üzvü Sequro prezident seçilib
1 dəq oxu

Müxalifətdə olan Sosialist Partiyasının (PS) namizədi Antonio Jose Sequro bazar günü keçirilən prezident seçkilərinin ikinci turunda səslərin 66,2%-ni qazanaraq Portuqaliyanın yeni Prezidenti seçilib.

Operativ Media xəbər verir ki, bu barədə "Al-Jazerra" məlumat yayıb.

Portuqaliya Milli Seçki Komissiyası tərəfindən açıqlanan rəsmi nəticələrə görə, Sequro səslərin 66,2%-ni, ifrat sağçı “Çeqa” partiyasının lideri Andre Ventura isə 33,8%-ni toplayıb.

Bu nəticə ilə 63 yaşlı Sequro 1974-cü ildən bəri Portuqaliyanın demokratik tarixində səkkizinci Prezident olub.

Əlaqəli Xəbərlər