Menyu

Suriyada qaçqın düşərgələri su altında qalıb

Şəfa Hüseynli
Suriyada qaçqın düşərgələri su altında qalıb

Suriyanın şimal-qərbindəki İdlib əyalətində bir neçə gündür davam edən güclü yağışlardan sonra 14 düşərgə su altında qalıb.

Operativ Media xəbər verir ki, bu barədə Ərəb Respublikasının mülki müdafiə xidməti məlumat yayıb.

Xidmət çadırların su altında qaldığını, demək olar ki, hər şeyin yuyulduğunu və təxminən 500 ailənin təhlükə altında olduğunu bildirib.

Hakimiyyət orqanları xilasetmə əməliyyatı aparır. Evlərini itirən qaçqınlar təxliyə edilərək məktəblərdə yerləşdirilir. Qonşu əyalətlərdən mülki müdafiə bölmələri və səyyar tibb bölmələri İdlibə göndərilib.

Əlaqəli Xəbərlər