Menyu

Ukrayna müdafiə naziri Brüsselə səfər edəcək

Şəfa Hüseynli
 Ukrayna müdafiə naziri Brüsselə səfər edəcək
1 dəq oxu

Ukraynanın müdafiə naziri Mixaylo Fyodorov Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında iştirak etmək üçün fevralın 11-i Brüsselə səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə  “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, nazir iclas zamanı Kiyev üçün əlavə hava hücumundan müdafiə sistemləri, o cümlədən “Patriot” və NASAMS kompleksləri ilə bağlı müraciət edəcək. Görüşdə, həmçinin müdafiə sahəsində innovasiyalar üzrə əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

Əlaqəli Xəbərlər