Qırğızıstan Çinlə yük daşımaları üçün elektron icazə sistemi tətbiq edib
Şəfa Hüseynli
2026-cı ilin yanvar ayından etibarən Qırğızıstan Çinlə beynəlxalq avtomobil yük daşımaları üçün e-İcazə elektron icazə sisteminə keçib.
Operativ Media xəbər verir ki, ölkənin bu barədə Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sistem çərçivəsində yerli avtomobil daşıyıcıları artıq Çin, eləcə də Özbəkistan, Azərbaycan və Türkiyə ilə elektron icazələrdən istifadə edərək yük daşımalarını həyata keçirirlər.