Litva tank əleyhinə minalara 812 milyon avro ayıracaq
Şəfa Hüseynli
Litva 2035-ci ilə qədər tank əleyhinə minalar və mina sistemləri üçün 812 milyon avro ayırmaq niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə Litvanın milli müdafiə naziri Robert Kaunas bildirib.
Bu məbləğin bir hissəsi - 189 milyon avro Avropa üçün Təhlükəsizlik Fəaliyyəti Fondu (SAFE) proqramından istifadə olunacaq.
Litva əvvəllər piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava Konvensiyasından rəsmi olaraq çıxmışdı. Estoniya, Latviya və Finlandiya da oxşar addımlar atıb. Polşa 20 fevrala qədər Ottava Konvensiyasından çıxacağını açıqlayıb.