Menyu

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20 hərbi-nəqliyyat təyyarəsi Ermənistan və Azərbaycana gəlib

Şəfa Hüseynli
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20 hərbi-nəqliyyat təyyarəsi Ermənistan və Azərbaycana gəlib

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin səfərindən əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20 hərbi-nəqliyyat təyyarəsi Ermənistan və Azərbaycana gəlib.

Operativ Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Məlumata görə, təyyarələrin əksəriyyəti fevralın 4-8-də İrəvan və Bakıya eniş edib. Monitorinqlər göstərib ki, Ermənistana 12 hərbi-nəqliyyat təyyarəsi gəlib, daha 9 təyyarə isə Azərbaycana uçub.

Təyyarələr əsasən ABŞ-dəki hərbi bazalardan havaya qalxıb və Almaniyadakı “Ramştayn” aviabazasında yanacaq doldurduqdan sonra regiona gəliblər. Bütün uçuşlar 77,5 tona qədər yükdaşıma qabiliyyətinə malik ağır hərbi-nəqliyyat təyyarəsi olan “Boeing C-17A Globemaster III” ilə həyata keçirilib.

Qeyd edilib ki, ABŞ HHQ-nin xüsusi əməliyyat qüvvələri üçün nəzərdə tutulmuş “Lockheed Martin MC-130J Commando II” tipli ixtisaslaşmış hərbi-nəqliyyat təyyarələri də İrəvan və Bakıya uçuşlar həyata keçirib. Həmin təyyarələrdən ikisi Gürcüstana da uçub.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər