Monqolustan Parlamentinin sədri Moskvaya səfərə gəlib
Monqolustan Böyük Dövlət Parlamentinin sədri Nyam-Osoryn Uchral Dövlət Dumasının sədri Vyaçeslav Volodinin dəvəti ilə Moskvaya rəsmi səfərə gəlib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Dumasının saytında məlumat verilib.
Monqolustan nümayəndə heyətinin rəsmi səfəri 9-11 fevral tarixlərində davam edəcək. Bu səfər çərçivəsində Vyaçeslav Volodin və Nyam-Osoryn Uchral arasında ikitərəfli görüş planlaşdırılır və burada Rusiya-Monqolustan parlamentlərarası əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.
Rusiya Federasiyası Federal Məclisi ilə Monqolustan Böyük Dövlət Xuralı arasında Əməkdaşlıq Komissiyasının ikinci iclası da keçiriləcək. Gündəliyə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın qanunvericilik dəstəyi daxildir.