Böyük Britaniyanın Baş naziri vəzifəsində qalmaq qərarını açıqlayıb
Operativ Media
Böyük Britaniyanın Baş naziri Keyr Starmer vəzifəsində qalmaq qərarını açıqlayıb.
Operativ Media xəbər verir ki, bu haqda "The Daily Telegraph" məlumat yayıb.
“Siyasətin yaxşılığa doğru bir qüvvə ola biləcəyini sübut etmək vəzifəmiz var. İnanıram ki, bu mümkündür və buna nail olacağıq. Bu andan etibarən ölkəmizi dəyişməyə davam edərək inamla irəliləyəcəyik”, – deyə o, komanda üzvlərinə müraciətində bildirib.
Xatırladaq ki, “Bloomberg” agentliyi Britaniya Baş nazirinin istefa verməyə məcbur edilə biləcəyi barədə məlumat yaymışdı.
Ceffri Epşteynin dostu Peter Mandelsonun Böyük Britaniyanın ABŞ-dakı səfiri təyin edilməsi ilə bağlı qalmaqal bu cür müzakirələrə səbəb olub.