Menyu

Portuqaliyanın yeni prezidenti bəlli oldu

Operativ Media
Portuqaliyanın yeni prezidenti bəlli oldu

Portuqaliyada keçirilən prezident seçkilərində sol mərkəzçi Sosialist Partiyasının namizədi Antonio Joze Sequru qalib gəlib.

Operativ Media xəbər verir ki, fevralın 8-də baş tutan ikinci turda Sequru ifrat sağçı “Çeqa!” partiyasının namizədi Andre Venturanı məğlub edib. Sequru səslərin təxminən 67 faizini, rəqibi isə 33 faizini toplayıb.

Birinci turda Sequru 31,1 faiz səslə birinci yeri tutmuş, Ventura isə 23,52 faiz səs toplamışdı.

Sequru son 20 ildə Portuqaliyada prezident vəzifəsinə seçilən ilk sosialist olacaq. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen onu qələbə münasibətilə təbrik edərək bildirib ki, Portuqaliyanın ortaq Avropa dəyərlərinə dəstəyi “güclü olaraq qalır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər