Yaponiya hələlik Sülh Şurasının iclasında iştirak edib-etməyəcəyinə qərar verməyib
Operativ Media
Yaponiya hökuməti hələlik Sülh Şurasının fevralın 19-da keçiriləcək ilk iclasında iştirak edib-etməyəcəyi ilə bağlı qərar verməyib.
Operativ Media xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara məlumat verib.
“Sülh Şurasında iştirakla bağlı hazırda ABŞ və digər maraqlı ölkələrlə sıx əməkdaşlıq çərçivəsində detalları araşdırırıq. Yaponiyanın mümkün addımlarını nəzərdən keçirməyə davam edəcəyik”, – deyə o bildirib.
Eyni zamanda Kihara vurğulayıb ki, Yaponiya Qəzzanın yenidən qurulmasında, eləcə də Yaxın Şərqdə sülh və sabitliyin təşviqində fəal rol oynamaq niyyətindədir. Onun sözlərinə görə, Tokio Qəzza ilə bağlı təşəbbüslər də daxil olmaqla, Yaxın Şərqdə sülh nizamlanmasına nail olunması istiqamətində Vaşinqtonun səylərini ardıcıl şəkildə dəstəkləyir.