Menyu

Qırğızıstan və Fransa birbaşa aviareyslərin açılmasını müzakirə ediblər

Şəfa Hüseynli
Qırğızıstan və Fransa birbaşa aviareyslərin açılmasını müzakirə ediblər

Qırğızıstan və Fransa birbaşa aviareyslərin açılmasını müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə "Kabar" məlumat yayıb.

Danışıqlar zamanı tərəflər Fransa aviadaşıyıcıları tərəfindən Fransa ilə Qırğızıstan Respublikası arasında birbaşa uçuşların mümkünlüyünü müzakirə ediblər.

Müzakirə zamanı mülki aviasiya və turizm sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də nəqliyyat əlçatanlığının genişləndirilməsi və iki ölkə arasında biznes və humanitar əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.

Əlaqəli Xəbərlər