Menyu

Qırğızıstan və Finlandiya regionlararası əməkdaşlığı müzakirə ediblər

Şəfa Hüseynli
Qırğızıstan və Finlandiya regionlararası əməkdaşlığı müzakirə ediblər
1 dəq oxu

Qırğızıstan və Finlandiya Xarici İşlər Nazirlikləri Bişkekdə siyasi məsləhətləşmələr keçiriblər.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Qırğızıstan-Finlandiya münasibətlərinin qarşılıqlı faydalı və konstruktiv xarakter daşıdığını qeyd edərək, siyasi, ticarət-iqtisadi, investisiya, mədəni və humanitar əməkdaşlığın daha da dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.

Məsləhətləşmələr zamanı regionlararası əməkdaşlıq məsələləri, o cümlədən "Mərkəzi Asiya-Şimali Avropa (C5+N5)" dialoqunun inkişafı müzakirə olunub. BMT, ATƏT və Avropa İttifaqı çərçivəsində çoxtərəfli əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər