Menyu

Marko Rubio Almaniya, Slovakiya və Macarıstana səfər edəcək

Şəfa Hüseynli
Marko Rubio Almaniya, Slovakiya və Macarıstana səfər edəcək

ABŞ dövlət katibi Marko Rubio Almaniya, Slovakiya və Macarıstana səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

Məlumata görə, Rubio 13-15 fevral tarixlərində Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Konfransdan sonra o, 15-16 fevral tarixlərində Bratislava və Budapeştə səfər edəcək.

ABŞ dövlət katibi Slovakiyanın paytaxtında ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirəcək. Danışıqların əsas mövzuları regional tərəfdaşlıq, ikitərəfli münasibətlərin gücləndirilməsi və nüvə enerjisi mənbələrinin şaxələndirilməsi olacaq.

Rubio Macarıstana səfəri zamanı yüksək vəzifəli şəxslərlə görüşəcək və iki ölkə arasındakı tərəfdaşlığı müzakirə edəcək.

Əlaqəli Xəbərlər