Menyu

Qırğızıstanda uşaqların seçki kampaniyasında iştirakı qadağan edilib

Şəfa Hüseynli
Qırğızıstanda uşaqların seçki kampaniyasında iştirakı qadağan edilib

Qırğızıstan Prezidenti Sadır Japarov prezident və Joqorku Keneş (Parlament) seçkiləri haqqında qanuna dəyişikliyi nəzərdə tutan Konstitusiya qanununu imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.

Bildirilib ki, sənəd yetkinlik yaşına çatmayanların təşviqatda iştirakı qaydalarını dəqiqləşdirir və seçkiqabağı materiallara dair tələbləri sərtləşdirir.

Dəyişikliklərə əsasən, 22-ci maddədən 18 yaşdan aşağı şəxslərlə bağlı əvvəlki müddəa çıxarılıb, onun əvəzinə yeni bənd əlavə olunub. Bu bənd yetkinlik yaşına çatmayanlara təşviqat aparmağı, eləcə də təşviqat materiallarını yaymağı və ya buraxmağı birbaşa qadağan edir.

Yetkinlik yaşına çatmayanların seçicilərlə görüşlərdə iştirakı təşviqat fəaliyyəti ilə bağlı deyilsə, namizəd onların orada olmasına görə məsuliyyət daşımır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər