Menyu

Gürcüstan Azərbaycan vətəndaşları da daxil olmaqla 80 nəfəri deportasiya edib

Şəfa Hüseynli
Gürcüstan Azərbaycan vətəndaşları da daxil olmaqla 80 nəfəri deportasiya edib

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları Nazirliyin müvafiq bölmələri ilə sıx əməkdaşlıq çərçivəsində son günlərdə 80 xarici vətəndaşı Gürcüstandan çıxarıblar.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, Rusiya, Hindistan, İran, Azərbaycan, Misir, Türkmənistan, Pakistan, Özbəkistan, Nigeriya, Banqladeş, İsrail, İraq, İordaniya, Nepal, Fil Dişi Sahili, Sudan, Tacikistan, Filippin və Şri-Lankanın 80 vətəndaşı ölkədən çıxarılıb.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.

Əlaqəli Xəbərlər