Ramzan Kadırovun oğlu səhiyyə rəhbəri təyin edilib
Şəfa Hüseynli
Çeçenistan liderinin böyük oğlu Əhməd Kadırov respublikanın baş nazirinin müavini vəzifəsində səhiyyəyə nəzarət edəcək.
Operativ Media xəbər verir ki, o, bu barədə özünün Telegram kanalında məlumat verib.
"Səhiyyə həmişə cəmiyyətimizin və dövlətimizin inkişafının təməl daşlarından biri olub və belə də qalır. Çeçenistan Respublikası Baş nazirinin müavini təyin olunduğum zaman ümummilli liderimiz Ramzan Axmatoviç Kadırov bu vacib sahəyə nəzarət etməyi mənə həvalə etdi", - deyə o yazıb.
Onun sözlərinə görə, bölgədə səhiyyə xidmətinin keyfiyyətinin artırılmasına yönəlmiş aktiv işlərə başlanılıb.