Filippində bərə qəzasında ölənlərin sayı 51-ə çatıb
Şəfa Hüseynli
Filippinin cənubunda "Trisha Kerstin 3" bərəsinin batması nəticəsində ölənlərin sayı 51-ə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə "CBN News" Filippin sahil mühafizəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, axtarış əməliyyatları bərpa edildikdən sonra dalğıclar batmış gəmidə iki uşağın və üç nəfərin cəsədini aşkar ediblər.
Qeyd edək ki, Zamboanga şəhərindən Joloya gedən sərnişin bərəsi 25 yanvar Basilan əyalətindəki Baluk adası yaxınlığında batıb. Ümumilikdə 316 sərnişin xilas edilib.