Menyu

Nepalda sərnişin avtobusu çaya düşüb, 10 nəfər ölüb

Operativ Media
Nepalda sərnişin avtobusu çaya düşüb, 10 nəfər ölüb

Nepalın mərkəzi Rameçhap rayonunda sərnişin avtobusunun çaya düşməsi nəticəsində 10 nəfər həyatını itirib, 7 nəfər isə xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Katmandudan gedən avtobus magistral yoldan çıxaraq Tamakoşi çayına düşüb. Hazırda təhlükəsizlik qüvvələrinin qrupları yerli sakinlərin dəstəyi ilə xilasetmə əməliyyatları aparır.

Polis qəza zamanı avtobusda olan insanların dəqiq sayını hələlik müəyyən edə bilməyib. Araşdırmalar davam edir.

Əlaqəli Xəbərlər