Vens: ABŞ-nin Azərbaycan və Ermənistanla uğurlu əməkdaşlığı davam edəcək
Operativ Media
Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi üçün səylərini davam etdirəcək.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti J.D. Vance Ermənistana səfərini başa vurarkən Ermənistan mediasına bildirib.
"Biz buradan Azərbaycana səyahətimizi davam etdirməkdən məmnunuq. Sülhə nail olmaq yalnız ilk addımdır və bu gün biz bu sülhü təmin etmək üçün çalışırıq", - Vens bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın qurulması regionda sülhün möhkəmlənməsinə də töhfə verir.
"Düşünürəm ki, əla sülh müqaviləmiz var və ABŞ Prezidenti Donald Tramp administrasiyası onun davamlı olması üçün çalışır". - Vitse-prezident əlavə edib.