Menyu

Avstraliya Aİ ilə azad ticarət danışıqlarını bərpa edəcək

Operativ Media
Avstraliya Aİ ilə azad ticarət danışıqlarını bərpa edəcək

Avstraliya Avropa İttifaqı (Aİ) ilə azad ticarət sazişi üzrə danışıqları bərpa edəcək.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin ticarət naziri Don Farrell məlumat verib.

Nazirin mətbuat xidməti tərəfindən yayılan açıqlamada bildirilib ki, bu həftə Avstraliya ilə Aİ arasında ticarət danışıqlarının yeni mərhələsi başlayacaq.

“Brüsseldə qarşılıqlı faydalı ticarət sazişini müzakirə etmək üçün Avropa Ticarət Siyasəti və İqtisadi Təhlükəsizlik üzrə komissar Maroş Şefçoviç və Aİ-nin Kənd Təsərrüfatı və Qida üzrə komissarı Kristof Hansen ilə görüşəcəyəm. Baş nazir Entoni Albanizin hökuməti ixracatçılarımız üçün yeni bazarlar açmağa, iqtisadiyyatımızda daha çox iş yeri yaratmağa və avstraliyalılar üçün xərcləri azaltmağa sadiqdir”, – deyə Farrell bildirib.

O vurğulayıb ki, Aİ bazarı Avstraliya istehsalçıları, biznes subyektləri və ixracatçıları üçün böyük imkanlar yaradır.

Nazir həmçinin qeyd edib ki, Avstraliya milli maraqlara cavab verən və Avropa bazarlarını kənd təsərrüfatı istehsalçıları üçün açacaq razılaşmanın imzalanmasında maraqlıdır.

“Avstraliya razılaşma bağlamağa hazırdır. Lakin biz razılaşma xatirinə əlverişsiz şərtlərlə sənəd imzalamayacağıq”, – deyə o əlavə edib.

Əlaqəli Xəbərlər