Yaponiyanın iqtisadiyyat naziri ABŞ-yə səfərə yola düşüb
Şəfa Hüseynli
Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosei Akazava Vaşinqtona yola düşüb.
Operativ Media xəbər verir ki, bu barədə Yaponiya İctimai Yayım Xidməti məlumat yayıb.
Bildirilib ki, nazir 14 fevrala qədər Tokionun Amerika iqtisadiyyatına tarif endirimləri müqabilində 550 milyard dollar investisiya qoymaq öhdəliyini dəqiqləşdirmək üçün danışıqlar aparacaq. Onun əsas həmkarı ABŞ-nin ticarət katibi Hovard Lutnik olacaq.