Xorvatiya Prezidenti bu gün Gürcüstana rəsmi səfər edəcək
Şəfa Hüseynli
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç və həyat yoldaşı bu gün Gürcüstana rəsmi səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
İki ölkə prezidentlərinin üzbəüz və geniş tərkibdə görüşləri planlaşdırılır, bundan sonra mediaya birgə bəyanat veriləcək. Həmçinin, səfər çərçivəsində Xorvatiya Respublikası Prezidentinin Baş nazir və Parlamentin sədri ilə görüşlər planlaşdırılır.