ABŞ Venesuelanın neft-qaz sektoruna texnologiya ixracına icazə verib
Operativ Media
ABŞ Maliyyə Nazirliyi Venesuelaya neft və qaz hasilatı ilə bağlı texnologiya və məhsulların tədarükünə icazə verən ümumi lisenziya təqdim edib.
Operativ Media xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bununla bağlı müvafiq sənəd yayıb.
Lisenziyaya əsasən, Venesuelaya enerji daşıyıcılarının kəşfiyyatı, işlənməsi və hasilatı üçün nəzərdə tutulan malların, texnologiyaların, proqram təminatının və xidmətlərin çatdırılması ilə bağlı əməliyyatlara ABŞ-də icazə verilir.