Menyu

ABŞ ikitərəfli immiqrasiya müqavilələri çərçivəsində 170 miqrantı Kubaya deportasiya edib

Şəfa Hüseynli
ABŞ ikitərəfli immiqrasiya müqavilələri çərçivəsində 170 miqrantı Kubaya deportasiya edib

 ABŞ hakimiyyəti mövcud ikitərəfli miqrasiya müqavilələri çərçivəsində 170 qanunsuz miqrantı Kubaya deportasiya edib.

Operativ Media xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.

Geri qaytarılan vətəndaşları daşıyan təyyarə 9 fevralda Havana Beynəlxalq Hava Limanına enib. Deportasiya edilənlər arasında 153 kişi və 17 qadın olub. Kubadan yola düşməzdən əvvəl üç nəfər cinayətkar fəaliyyətdə şübhəli bilinərək istintaq üçün saxlanılıb.

Əməliyyat ABŞ və Kuba arasında "qanuni, təhlükəsiz və nizamlı" miqrasiyanın təmin edilməsinə yönəlmiş müqavilələrə uyğun olaraq həyata keçirilib.

Bu, 2026-cı ildə ABŞ-dən Kubaya ilk deportasiya uçuşudur. Əvvəllər oxşar əməliyyat 18 dekabr 2025-ci ildə də həyata keçirilib və 128 kubalı ABŞ-dən deportasiya edilib.

Əlaqəli Xəbərlər