Ana səhifə / Dünya / Yunanıstanın baş naziri bu gün Ankaraya səfər edəcək Yunanıstanın baş naziri bu gün Ankaraya səfər edəcək 11.02.2026, 11:19 Şəfa Hüseynli Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.İkitərəfli görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.Ərdoğan və Mitsotakis həmçinin regional və qlobal inkişaflar barədə fikir mübadiləsi aparacaqlar.