Tacikistan banklara qarşı sanksiyalar barədə Aİ ilə danışıqlar aparır
Şəfa Hüseynli
Tacikistan hakimiyyəti Avropa İttifaqı ilə ölkənin bəzi banklarına qarşı Birliyin tətbiq etdiyi sanksiyalarla bağlı danışıqlar aparır.
Operativ Media xəbər verir ki, bu barədə Tacikistan Milli Bankının sədri Firdavs Tolibzoda mətbuat konfransında jurnalistlərə bildirib.
2025-ci ilin payızında Avropa İttifaqı 19-cu sanksiya paketinin bir hissəsi olaraq üç Tacikistan bankı- Düşənbə Şəhər Bankı, Spitamen və Commerzbank ilə yanaşı, bir sıra digər MDB ölkələrindəki səkkiz bankla əməliyyatlara qadağa qoyub.
"Sanksiyalar məsələsinə gəldikdə, qeyd etmək istərdim ki, Tacikistan Milli Bankı Avropa İttifaqının müvafiq qurumu ilə işləyir. Biz daim əlaqə saxlayırıq, işçi qrupu yaradılıb və iclas keçirilib", - Tolibzoda bildirib.