Peskov: Moskva Bakı və İrəvanla faydalı əməkdaşlıq edir
Rusiya həm Ermənistan, həm də Azərbaycanla demək olar ki, hər sahədə faydalı əməkdaşlıq edir.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Vitse-Prezidenti C.D. Vensin Cənubi Qafqaza səfəri və üç ölkənin irimiqyaslı birgə layihələr planları ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.
Peskov qeyd edib ki, Moskva bu əməkdaşlığı davam etdirmək niyyətindədir. O bildirib ki, həm Bakı, həm də İrəvan ilə geniş ikitərəfli münasibətlər mövcuddur və bu, mümkün olan hər sahəni əhatə edir. Buraya qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlıq, investisiyalar və mədəni əlaqələr daxildir.
“Əlbəttə, biz tərəfdaşlarımızla bu münasibətləri yalnız özümüz üçün deyil, eyni zamanda onlar üçün də faydalı olacaq şəkildə inkişaf etdirməyi planlaşdırırıq”, – deyə Peskov əlavə edib.