Peskov: Ermənistan və Azərbaycan istənilən ölkə ilə sərbəst münasibət qura bilər
Şəfa Hüseynli
Ermənistan və Azərbaycan suveren dövlətlərdir və buna görə də ABŞ də daxil olmaqla istənilən ölkə ilə münasibətlər qurmaq hüququna malikdirlər.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin vitse-prezidenti J.D. Vensin Cənubi Qafqaza səfəri və üç ölkənin irimiqyaslı birgə layihələr planları ilə bağlı açıqlamaları ilə bağlı brifinqdə belə şərh verib.
"Ermənistan və Azərbaycan suveren dövlətlərdir və ABŞ da daxil olmaqla istənilən ölkə ilə münasibətlər qurmaqda sərbəstdirlər", - Peskov qeyd edib.