Polşanın şərqində iki avtobus toqquşub, 15 nəfər xəsarət alıb
Şəfa Hüseynli
Polşanın şərqində iki avtobusun toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.
Operativ Media xəbər verir ki, bu barədə "RMF24" radiosu məlumat yayıb.
Hadisə Nowy Dwór Mazovetski şəhəri yaxınlığında baş verib. İlkin məlumata görə, avtobuslardan biri yol ayrıcında dayanıb, digəri isə əyləc basa bilməyib və arxadan çırpılıb.
Hər iki avtobus şirkət işçilərini daşıyan avtomobili olub. Təcili yardım xidmətləri hadisə yerinə cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.