Menyu

Quançjou-Bişkek-Quançjou reysi martın 29-da açılacaq

Şəfa Hüseynli
Quançjou-Bişkek-Quançjou reysi martın 29-da açılacaq

Qırğızıstan Respublikasının Quançjoudakı Baş Konsulluğunun nümayəndələri və "China Southern Airlines" şirkətinin rəhbərliyi arasında görüş keçirilib.

Operativ Media Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, görüş zamanı Quançjou-Bişkek-Quançjou marşrutu üzrə müntəzəm hava əlaqəsinin açılması, eləcə də Bişkek-Quançjou-Sanya (Haynan əyaləti, Çin) marşrutu üzrə reysin açılması perspektivləri müzakirə olunub.

Çin Quançjou-Bişkek-Quançjou reysinin 29 mart 2026-cı il tarixinə planlaşdırıldığını açıqlayıb. Uçuşların həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcəyi gözlənilir. Bilet satışına 11 fevral 2026-cı il tarixində başlanacaq.

Tərəflər birbaşa hava əlaqəsinin yaradılmasının iki ölkə arasında ticarət, iqtisadi, investisiya və turizm əməkdaşlığını daha da gücləndirəcəyinə əminliklərini ifadə ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər