Qırğızıstanda kütləvi iğtişaşların təşkilində şübhəli bilinən 75 vətəndaş saxlanılıb
Şəfa Hüseynli
Qırğızıstanda kütləvi iğtişaşlar təşkil etməkdə şübhəli bilinən 75 vətəndaş saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, internetdə və mediada 75 vətəndaşın Prezident Sadır Japarova və Joqorku Keneşin sədri Nurlanbek Turqunbek uuluya dərhal yeni prezident seçkilərinin keçirilməsi üçün müraciət etdiyi barədə məlumat yayılıb.
Müraciəti elm adamları, keçmiş baş nazirlər, keçmiş parlament üzvləri və ictimai xadimlər imzalayıblar.