Menyu

Türkiyədə mikroavtobus və yük maşını toqquşub: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Şəfa Hüseynli
Türkiyədə mikroavtobus və yük maşını toqquşub: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Türkiyənin Çorum əyalətində mikroavtobusun yük maşınını arxadan vurması nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Hadisə yerinə polis, jandarma, yanğınsöndürmə və tibbi briqadalar göndərilib.

Qəza nəticəsində Çorum-Samsun avtomobil yolunda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Əlaqəli Xəbərlər