Menyu

NATO müdafiə nazirləri Brüsseldə görüşəcəklər

Şəfa Hüseynli
NATO müdafiə nazirləri Brüsseldə görüşəcəklər

NATO müdafiə nazirləri bu gün Brüsseldə Alyansın Ankarada keçiriləcək sammitinə hazırlıq məqsədilə görüşəcək.

Operativ Media xəbər verir ki, bu barədə Baş katib Mark Rutte bildirib.

Onun sözlərinə görə, görüşdə müttəfiq ölkələrin müdafiə xərclərinin artırılması, Ukraynaya dəstəyin gücləndirilməsi və Alyans daxilində təchizat zəncirlərinin möhkəmləndirilməsi müzakirə olunacaq. O, həmçinin yeni texnologiyaların tətbiqi və müdafiə məhsullarının istehsalının sürətləndirilməsinin vacib olduğunu qeyd edib.

Rutte Ukraynanın yeni müdafiə naziri Mixaylo Fedorovun da görüşdə iştirak edəcəyini bildirib. Görüşdə Avropa İttifaqı da təmsil olunacaq və əməkdaşlığın ortaq təhlükəsizliyin təminatı baxımından vacib olduğu vurğulanacaq.

Əlaqəli Xəbərlər