Menyu

Qazaxıstan konstitusiya referendumu keçirəcək

Şəfa Hüseynli
Qazaxıstan konstitusiya referendumu keçirəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiya ilə bağlı 15 mart 2026-cı ildə respublika referendumunun keçirilməsi barədə fərman imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

Fərmanla respublika referendumunun hazırlanması və keçirilməsi Mərkəzi Referendum Komissiyası funksiyasını yerinə yetirən Mərkəzi Seçki Komissiyasına, eləcə də ərazi və məntəqə referendum komissiyaları funksiyasını yerinə yetirən ərazi və məntəqə seçki komissiyalarına həvalə edilir.

Fərmana əsasən, Qazaxıstan hökuməti Mərkəzi Seçki Komissiyası və digər mərkəzi dövlət və yerli icra hakimiyyəti orqanları ilə birlikdə respublika referendumunun keçirilməsi üçün zəruri tədbirlər görməlidir.

Əlaqəli Xəbərlər